Şou
Mənbə
ANS PRESS
32 yaşlı məşhur aktyoru “öldürdülər” (FOTO)
Türkiyənin sevilən aktyorlarından birinin ölüm xəbəri yayılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyədə son dövrlər çəkilən komediya filmlərində oynadığı rollarla tamaşaçı sevgisi qazanan 32 yaşlı aktyor Əhməd Kuralın öldüyü barədə xəbər qardaş ölkədə sosial şəbəkədə ən çox danışılan mövzulardan olub.
“Tvitter”də “Trend Topik” (TT - ən çox danışılan mövzu) olan “Ahmet Kural öldü” heşteqi onun sevənlərini, yaxınlarını kədərləndirib.
Xəbərlərin yayılmasından sonra aktyorun baş roluna çəkildiyi “Kardeş payı” serialının ssenaristi Səlçuk Aydəmir ona zəng edib və aktyor özü zəngə cavab verərək, xəbərin əsassız olduğunu qeyd edib.
Aktyor özü də daha sonra rəsmi “Tvitter” mikrobloqunda xəbərin doğru olmadığını yazıb.
ANS PRESS