3 tank əleyhinə, 12 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib
Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/
2015-ci ilin fevral ayı ərzində 1,812,466 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə Trend-ə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 281,166,915 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,883-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az