Sosial

3-cü sınaq imtahanına yazılış başlayıb

Metbuat.az

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. TQDK-dan Lent.az-a verilən məlumata görə, həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılması nəzərdə tutulur.


Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.