"28 Cinema"da nağıl kimi gecə təşkil olunub - FOTO
Kinoteatr “Zoluşka” filmini nümayiş etdirib
Azərbaycanın premium kinoteatrı “28 Cinema” mart ayının 5-də “Grandezza” Ticarət Evinin və “Nina Ricci”nin baş sponsorluğu, İtaldizain Group şirkətinin təqdim etdiyi “Messika” zərgərlik brendinin sponsorluğu, Masu Japanese Grill restoranının və Nargis jurnalının dəstəyi ilə yetmiş illik yaşı olan “nağılın” möhtəşəm qala-gecəsini təşkil edib. Gecədə qonaqlar ilk dəfə olaraq “Zoluşka” filmini izləyiblər.
Tədbirdə ölkənin bir çox məşhur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri, ictimai xadimlər, jurnalist və bloqerlər iştirak ediblər. Tədbirdə qonaqlar üçün furşet təşkil olunmuşdu. Tədbirdə məşhur müğənni Vlada Axundova ifa edib.
“Zoluşka” filmi Ella adlı cavan qızın macəraları haqqında danışacaq. Ellanın arvadından ayrılan atası ikinci dəfə evlənir. Atasına dəstək olmaq üçün Ella öz evində yeni ailəni qəbul edir – ögey anası Ledi Tremeyn və onun qızları Anastasiya və Drizellanı. Tezliklə Ellanın atası da facivəi surətdə vəfat edir, qız isə acgöz və paxıl yeni qohumları ilə təkbətək qalır. Ella evin yiyəsindən xadiməyə çevrilir, kül ilə çirklənmiş olduğundan isə onun ləqəbi Zoluşka (Küllücə) olur.
“Zoluşka” filmi özündə fantastika, melodram, dram və macəra janrlarını birləşdirib. Filmin rejissoru Kannet Branadır, rolları isə Lili Ceyms, Riçard Medden, Helena Bonem Karter və Keyt Blanşett kimi məşhur Hollivud aktyorları oynayıblar.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.