2015-ci ilin toy trendləri: Ən zövqlü toy keçirmək üçün bunu mütləq oxuyun - FOTO
"2015-ci ilin toy trendləri çox maraqlıdır. Gəlinlik paltarlarına mavi və boz çalarlar qatılır. Daha gəlinlər yalnız ağ rənglə kifayətlənmirlər".
Milli.Az xəbər verir ki, bunu
Day.Azsaytına müsahibəsində Amerikanın "Your Royal Wedding" şirkətinin rəhbəri
Oksana Fleneqenbildirib.
"Mavi çıxıntılar və açıq kürək nahiyəsi dizaynerlər arasında çox populyardır. Gəlin üçün iki paltar seçimi də artıq yenilik deyil (biri rəsmi mərasimdə, digəri isə toy şənliyində). Bəylər də artıq bu tendensiyanı qəbul ediblər. Onlar da rəsmi mərasimdən sonra fərqli kostyum geyinirlər. Kişi geyimlərində fərqli naxışların və rənglərin ahəngi istifadə edilir", - o əlavə edib.
Onun sözlərinə görə, Bohema dəbdəbəsi 2015-cu ildə çox populyardır. Artıq ötən əsrin 30-cu illərinin eleqantlığı yenidən toylara yol tapıb.
Dünyada 2015-ci ilin toy trendləri haqqında daha ətraflı bilgilər əldə etmək üçün
Oksana Fleneqen müsahibəsinin rus dilindəki tam mətninioxuyun.
Milli.Az