Mədəniyyət

142 il əvvəl və bu gün (VİDEO)

Metbuat.az

Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur.



Milli teatrın tarixi düz 142 il əvvəl səhnələşdirilmiş ilk tamaşadan başlayır. 1873-cü ilin martında Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” əsərləri səhnələşdirilmişdi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında mədəniyyət və incəsənət nümayəndələrinə “Zirvə” mükafatı təqdim olunur.



“Zirvə” mükafatı 8 il əvvəl təsis olunsa da, artıq 7-ci ildir ki, incəsənət nümayəndələrinə təqdim olunur. “Zirvə” mükafatı əvvələr hər ili incəsənət nümayəndələrinə verilsə də, sonradan bu mükafat iki ildən bir təqdim edilməyə başlanıb.



Qeyd edək ki, “Zirvə” mükafatı bu gün əldə edilən nailiyyətlərin nəticəsi olaraq teatr, musiqi, təsviri sənət və kino sahələrini əhatə edən 7 nominasiya üzrə sahiblərinə təqdim olunacaq.



Mənbə
ANS TV: Çinarə Vaqif