"Real"a qələbə qazandıran Ardaya ulduz futbolçular bunları yazdı - FOTO

Türkiyəli futbolçu Arda Gülər ötən gecə "Real Sosyedad"a qarşı fərqlənərək komandasına minimal hesablı qələbə qazandırıb.

Metbuat.az bildirir ki, qol sevincini sosial şəbəkə hesabında paylaşan Ardaya məşhur futbolçular rəy yazıblar.

Komanda yoldaşları Antoni Rudiger, J. Bellingam və Vinisius Junior da rəy yazanlar arasında olub. “Real”ın futbolçuları Tiba Kurtua və Brahim Diazın türkcə yazdığı "Abi" rəyləri diqqət çəkib.

Qeyd edək ki, Arda "Sosyedad"a qarşı matçın ən yaxşı oyunçusu seçilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR