Qazimiz Türkiyədə vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Metbuat.az xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilib. Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Qeyd edək ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR