"Qalatasaray" vacib qələbə qazandı

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, çempionluq şansı daha çox olan "Qalatasaray" doğma meydanda "Sivasspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Başakşəhər" "Kasımpaşa"nı 4:1 hesabı ilə məğlub edib. "Qaziantep" - "Hatayspor" görüşü isə heç-heçə bitib - 1:1.

Bu nəticədən sonra xallarını 96-ya çatdıran "Qalatasaray" turnir cədvəlinə başçılıq edir. "Sivasspor" isə 48 xalla doqquzuncu pillədə qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR