"El Clasico"dan sonra Xavi Ançelottiyə Arda barədə görün nə deyib

"Real Madrid"in "Barselona"nı 3:2 hesabı ilə məğlub etdiyi "El Clasico"dan sonra Karlo Ançelotti ilə Xavi Hernandezin söhbət etdiyi diqqət çəkmişdi.

Metbuat.az xəbər verir ki, qarşılaşmadan sonra Xavi və Ançelottinin bir müddət öz aralarında söhbət etdiyi görüntülənib və onların nə danışdığı maraq doğurub.“Defanca Central” danışıqların təfərrüatlarını açıqlayıb. İddialara görə, Xavi Ançelotti ilə Arda Güler barədə də danışıb. Xavinin Ançelottiyə “Arda Gülər bizimlə olsaydı, yəqin ki, hər zaman oynayardı, amma Madriddə o qədər yaxşı oyunçun var ki...” dediyi irəli sürülüb.

Qeyd edək ki, Karlo Ançelotti “El Clasico”dan sonra verdiyi açıqlamada "Artıq hər şeyi sakit şəkildə qiymətləndirəcəyik. Arda Gülər artıq istədiyi dəqiqələrə sahib olacaq" deyə bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR