Avropa nəhənginə razılıq verən Zidan futbola qayıdır

Sonuncu dəfə "Real Madrid"də çalışmış Zinəddin Zidan yenidən futbola qayıdır.

Metbuat.az xəbər verir ki, Zinəddin Zidan karyerasını İngiltərədə davam etdirəcək. Fransanın məşhur idman qəzeti “L'equipe”in xəbərinə görə Zidan Premyer Liqa nəhəngi "Mançester Yunayted"lə müqavilə imzalamağa hazırlaşır. Bildirilir ki, adı "Bavariya" ilə də hallanan təcrübəli çalışdırıcı "Mançester Yunayted"lə müqavilə imzalayacaq. "Mançester Yunayted"in hazırkı meneceri Erik ten Haqın mövsümün sonunda klubdan istefaya göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Zinəddin Zidan “Real Madrid”də 3 Çempionlar Liqası da daxil olmaqla 11 kubok qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR