"Real" son dəqiqə qolu ilə "Barselona"ya qalib gəldi

Ötən gecə İspaniya La Liqasında "El-Klassiko" oynanılıb.

Metbuat.az xəbər verir ki, "Real" 32-ci turda öz meydanında "Barselona" ilə qarşılaşıb. Oyunda madridlilər 3:2 hesabı ilə qələbə qazanıblar.

Hazırda La Liqanın turnir cədvəlinə 81 xalla "Real" liderlik edir. "Barselona" isə 70 xalla 2-cidir.

La Liqa, 32-ci tur

23:00. "Real" - "Barselona" - 3:2

Qollar: Kristensen, 6 (0:1) Vinisius Junior,18-pen. (1:1), Lopez, 69 (1:2), Vaskes, 73 (2:2), Bellinqem, 90+1 (3:2)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR