"Real" bu türk futbolçunu 10 milyona alır - FOTO

İspaniyanın "Real Madrid" klubu daha bir gənc türk futbolçu ilə maraqlanır.

Metbuat.az "Sabah"a istinadən bildirir ki, madridlilər "Trabzonspor" forması geyinən 18 yaşlı qapıçı Onuralp Çevikkan ilə maraqlanırlar. Klubun türk oyunçu üçün 10 milyon avro ödəmək fikrində olduğu deyilir.

Klubun bu qərarı ilə bağlı Fransa mediasında da iddialar yayılıb.

Qeyd edək ki, Onuralp Çevikkan "Trabzonspor"a "Altınordu"dan 700 min avroya keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR