Bakıda yanan evdən içində min dollar olan seyf oğurlandı

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə zamanı 150 kvm. sahədə yanar konstruksiyalar yanıb.

    Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

    Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR