"Whatsapp"da videolarla bağlı möhtəşəm yenilik

Dünyada ən çox istifadə edilən mesajlaşma proqramı "Whatsapp" yeni funksiyanın təqdimatına hazırlaşır.

Metbuat.az bildirir ki, bununla bağlı “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, funksiya sayəsində “iOS” əməliyyat sistemi ilə çalışan cihazlarda "Whatsapp"da videoları geri çəkmək mümkün olacaq. Hələki funksiyadan sadəcə “iOS” əməliyyat sistemi olan cihaz sahibləri yararlana biləcək. Yaxın zamanda isə funksiya bütün istifadəçilər üçün aktiv olacaq.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR