Bürclər
Balıqlar
20 Fevral - 20 Mart
20 Fevral - 20 Mart
Yüksələn bürc proqnozu
Siz sirrli, romantik və xəyal dünyası olduqca zəngin biriniz. Sizi digər insanlar anlamaqda çətinlik çəkəcəkdir. Sizin görünüşcə iki fərqli yönünüz vardır. Biri sevgiyə bağlı qısqanclıq və narahat olmaq, digəri də məntiq döyüşü verən bir sağlam fikir səyi. Bir elə bir belə olmağı bacaran maraqlı birisiniz. Əgər sahib olduğunuz yaradıcı gücünüzdən istifadə etsəniz çox şey qazana bilərsiniz. Çünki sizin əlinizdən hər iş gələ bilər. Sizdəki acıma, şəfqət, mərhəmət və kömək etmə duyğuları çox inkişaf etmişdir. Əslində möhtac vəziyyətdə olanlara kömək etmə duyğusu sizdəki ən inkişaf etmiş yandır. Əgər xəritənizdə sizi məcbur edən zərər görmüş işarələr varsa pessimist, həqiqətdən qaçan və kef verici maddələrdən asılı biri olmağa namizədsiniz. Yersiz qorxular üzündən həyatı özünüzə zindan edə bilərsiniz. Sadə mövzularda belə dünyanın sonu gəlmiş kimi kədərlənə bilərsiniz. Halbuki sizdəki xəyal dünyasının gücü çox az insanda vardır. Hissləriniz son dərəcə qüvvətlidir. Hadisələri daha əvvəldən sezə bilər və inkişafları qəbul edə bilərsiniz. Həddindən artıq arzunuz və ideallarınız vardır amma xəyal dünyasının qapılarını bağlayaraq müvəffəqiyyətli ola bilərsiniz. Müvəffəqiyyət qazanmaqda xəyalin böyük rolu vardır amma sizə bu narkotik kimi təsir edir. Duyğularınız ümumiyyətlə hər mövzuda ağırlıq təşkil edir. Buna görə həm eşqdə həm də iş həyatında xəyal qırıqlığı yaşamanız mümkündür. Tez ağlayan amma tez də gülən bir təbiətiniz var. Tez kədərlənmək və asan sevinmək sizin təbiətinizdir. İlham pəriləri sizə hər addımda kömək edir. Xəyal dünyasının sənətdə istifadə etsəniz olduqca müvəffəqiyyətli olar. Siz yalnız pul qazanmaq üçün deyil amma zövq almaq üçün çalışmaq istəyərsiniz. Etdiyiniz işlərdə ruhi cəhətdən təmin olunmalısınız. İnsanların istək və arzularını sezən və anlayan bir tərəfiniz var. Xəyal gücü, yaradıcılıq və hiss verilməsi lazım olan iş sahələri sizə uyğundur. Sizdə sehrli və sirrli bir cazibədarlıq vardır. Gözəl və ya yaraşıqlı olmasınızsa da insanlara xoş görünməyi bacararsınız. Gözləriniz də həssas iç aləminizin xaricə açılan nöqtələridir. Sözlərlə izah edə bilmədiklərinizi açıqlayarlar. Həyat məqsədinizin təməlində sevgi yatır. Bunu verəcək və alacaq bəzilərinə ehtiyacınız vardır. Sizə mübahisə və döyüş olduqca uzaq bir mövzudur. Dolanışıqsız insanlar sizə itələyici gəlir. Yenə də çox dərin olan bədbinlik duyğunuz sizə ən böyük zərər verir. Mistik, fəlsəfə və təbiət üstü mövzular marağınızı cəlb edir. Siz ruhi aləmə dərhal girməyə hazır kimisiniz. Xəyal qurmaq ilə məna qazanan mücərrəd dünya içində yaşamaq istəyirsiniz. Həqiqəti söyləmək lazım olsa gerçək dünyaya tül pərdənin ardından baxırsınız və hər şeyin məna qazanmasını istəyirsiniz. Həyatın ən sadə hadisəsi belə məna qazanınca gözəl görünməkdədir. Yüksələn Balıq bürcü orta boyludur. Bədəni kökdür. Qol və qıçlar da qısadır. Rəngi solğun və ya ağa yaxındır. Gözləri hər vaxt məhzun baxır. Ümumiyyətlə gözəl olan gözləri dərin bir xülya içindədir. Yaş irəlilədikcə kilo alma və kökəlmə qorxusu vardır. Yüksələn Balıq bürcü qadına cazibədarlıq verərkən kişi üçün belə bir şey deyilə bilməz.
Son xəbərlər »
Zurabişvili qalmaqallı qanuna veto qoydu
18 May 2024
19:18
"Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə
18 May 2024
18:15
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər
18 May 2024
17:16
İnqilab İsaq vəfat etdi -
18 May 2024
16:37
Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir keçirilib -
18 May 2024
16:29
DTX və AKTA Türkiyədə konfransda təmsil olundu -
18 May 2024
14:55
"Fənərbağça"ya sərfəli təklif -
18 May 2024
14:46
Komandan təyin edilən general kimdir? -
18 May 2024
14:46
İlham Əliyev Mincivan qəsəbəsinin
18 May 2024
14:43
Ürək və qaraciyər xəstəliklərinə qarşı mükəmməl vasitə -
18 May 2024
14:34