“Beşiktaş” azad agent statusunda olan Duşan Vlahoviçin transferini tamamlayıb.

Metbuat.az xəbər verir ki, “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra klubsuz qalan 26 yaşlı serbiyalı hücumçu “Beşiktaş”la 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.

Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ildə “Fiorentina”dan “Yuventus”a keçib. Turin klubu onun transferi üçün 70 milyon avro ödəyib, əlavə xərclər və bonuslarla birlikdə razılaşmanın ümumi dəyəri daha yüksək olub. Vlahoviç “Yuventus”da 145-dən çox oyunda 50-dən çox qola imza atıb.