“Real Madrid”də çıxış edən Türkiyə millisinin üzvü Arda Güler mövsümöncəsi oyunlardakı performansı ilə İspaniya mətbuatının diqqət mərkəzindədir.
Metbuat.az xəbər verir ki, gənc futbolçunun Joze Mourinyonun rəhbərliyi altında komandadakı rolu maraq doğurur. Məlumata görə, “Real Madrid”in Bernardo Silva və Yan Diomandeni transfer etməsindən sonra Arda Güler üçün əsas heyətdə yerin çətinləşəcəyi proqnozlaşdırılırdı. Lakin türkiyəli futbolçunun hazırlıq görüşlərindəki uğurlu çıxışı bu fikirləri dəyişib.
İspaniya mətbuatı onun Bernardo Silvadan daha çox əsas heyətə yaxın olduğunu yazıb. “ElDesmarque” üçün yazan jurnalist Siro Lopes də Arda Güler barədə müsbət fikirlər səsləndirib. O, gənc futbolçunun son oyunlardakı performansının “Real Madrid”in hücumameyilli yarımmüdafiəçi transferinə ehtiyacını aradan qaldıra biləcəyini bildirib. Lopesin sözlərinə görə, Arda Güler müəyyən mövqelərdə komandanın ehtiyac duyduğu keyfiyyətləri təmin edə bilər.
Jurnalist hesab edir ki, türkiyəli futbolçu yeni mövsümdə əsas heyətdə mühüm rol oynaya bilər. Siro Lopes Arda Güler üçün “Real Madrid”də parlaq gələcək görür. O, 21 yaşlı futbolçunun yalnız əsas oyunçuya çevrilməklə kifayətlənməyəcəyini, klubda tarix yaza biləcəyini düşünür.