UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" klubu ilə üz-üzə gələcək "Qarabağ" matça hazırlığını başa çatdırıb.
Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, komanda rəqibi ilk oyundan sonra daha ətraflı təhlil edib və cavab görüşünə tam hazırdır.
"Komandamız oyuna tam hazırdır. İlk matçdan sonra rəqibi daha yaxından tanımışıq və oyunlarını ətraflı təhlil etmişik. Uzun səfərə baxmayaraq, inanıram ki, futbolçular görüşə qədər tam hazır vəziyyətdə olacaqlar. Hava sərin olsa da, futbol oynamaq üçün əlverişlidir. Heyətdə müəyyən dəyişikliklər edə bilərik", – deyə Qurbanov qeyd edib.
Xatırladaq ki, "Qarabağ" Bakıda keçirilən ilk qarşılaşmada "Vestri"ni 3:0 hesabı ilə məğlub edib və cavab oyununa ciddi üstünlüklə çıxacaq.