Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 4 nəfər Abbas səhət adına Gəncə Birləşmiş Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hələ ki, tibb müəssisəsinə yerləşdirilən şəxslər bunlardır:
1-Tapdıq Həsənli (1999)
2- Leyla Hüseynova ( 1951)
3- Ramil Məmmədov ( 1982)
4- Ülviyyə Hacıyeva (1974) və daha iki azyaşlı uşaq zəhərlənib. Azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb. İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər. Faktla bağlı araşdırma başlanılıb.
Davud Tarverdiyev / Metbuat.az