İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığında davam edən ekstremal hava şəraiti Avropa tarixində qeydə alınan ən şiddətli istilərdən biri olub.