İndoneziyada gənc cütlüyə camaatın gözü qarşısında 21 şallaq vurulub.
Metbuat.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. KİV-in yazdığına görə, adları açıqlanmayan cütlüyün günahı "TikTok"da öpüşmələri olub. Aprel ayında avtobusda yol gedərkən öpüşən və bunu "TikTok" vasitəsi ilə ictimailəşdirən 22 yaşlı oğlan və 25 yaşlı qız dərhal polis tərəfindən həbs edilib. Açe vilayətində fəaliyyət göstərən şəriət məhkəməsi ötən gün sevgililərin cəzasını aciqlayıb. Onların hər birinə 21 sallaq vurulması barədə qərar çıxarılıb. Məhkəmə qərarı 100 nəfərin iştirakçısı olduğu izdihamin gözü qarsısında icra olunub.
21 şallaq vurulandan sonra səhhəti pisləşən gənclər xəstəxanaya yerləşdirilib.