Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə yeni rəis təyin edilib.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, İlqar Hacıyev Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev müvafiq sərəncam imzalayıb.