Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 09:30-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Maştağa və Savalan qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.