Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın böyük dostudur.

Metbuat.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "X" sosial şəbəkə hesabında yazıb.

"Prezident Əliyev Serbiyanın böyük dostudur", - Vuçiç vurğulayıb.

Serbiya Prezidenti azərbaycanlı həmkarı ilə görüş barədə də qısa məlumat bölüşüb:

"İki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi barədə danışdıq, inanıram ki, tezliklə yeni əməkdaşlıq sahələri açacağıq".