Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndinin ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Ford" markalı mikroavtobusla eyni markalı minik avtomobilli toqquşub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.