Biləsuvarda gənc oğlan evin həyətində ölü halda tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

Şəhər sakini 21 yaşlı İslam Səxavət oğlu Hüseynovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

Araşdırma aparılır.