Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç.Mustafayev, 1980-ci il təvəllüdlü E.Rəhimov və A.Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.