Gəncədə qadına balta ilə xəsarət yetirilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Sevda Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir. İlkin məlumata görə, qadına xəsarəti əri yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.