Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, məktəbin ibtidai siniflərlə bağlı təlim-tərbiyə işləri üzrə direktor müavini Mahnurə Əliyeva dünyasını dəyişib.