Bakıda mərasim evində ölüm hadisəsi olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Babək prospektində qeydə alınıb.

58 yaşlı Mövsüm Məmməd oğlu Məmmədov mühafizəçi işlədiyi mərasim evində dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Araşdırma aparılır.