Naxçıvana uçan təyyarə təhlükəsizlik məqsədilə Bakıya qayıtmağa məcbur olub.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb:
“Hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub”.
Xatırladaq ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanına İranın dron hücumu olub.