Birləşmiş Ərəb Əmirliklərinin İranın raket obyektlərinə zərbə endirməyi müzakirə etdiyi bildirilir.
Metbuat.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Əbu-Dabi bu addımı müharibə başlayandan bəri ölkənin 186 raket və 812 pilotsuz uçuş aparatı hücumuna məruz qalması fonunda nəzərdən keçirir.
Məlumata görə, hücumların əsas hədəfləri Əbu-Dabi və Dubay olub. BƏƏ rəhbərliyi mümkün hərbi addımları müttəfiqlərlə koordinasiya etməyi planlaşdırır.
Hələlik mümkün zərbələrin vaxtı və miqyası açıqlanmayıb.