Qlobal kripto bazarında baş verən dalğalanmalar nəticəsində aparıcı rəqəmsal aktivlər ciddi dəyər itkisi ilə üzləşib.
Metbuat.az xəbər verir ki, Bitcoin təxminən 8% ucuzlaşaraq 76 min dollar səviyyəsindən aşağı düşüb.
Bazarda ikinci ən böyük kriptovalyuta olan Ethereum isə təxminən 13% dəyər itirərək 2 300 dolların altına enib. Eyni zamanda Solana da oxşar tendensiya nümayiş etdirərək təxminən 13% ucuzlaşıb və 100 dollar həddindən aşağı düşüb.
Mütəxəssislərin məlumatına görə, yalnız son 4 saat ərzində kripto bazarında ümumilikdə 1 milyard dollar dəyərində long mövqelər likvidasiya edilib. Bu isə bazarda yüksək volatilliyin davam etdiyini göstərir.