Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib.
Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır.
Layihə çərçivəsində keçirilən növbəti tədbir Veysəloğlu Şirkətlər Qrupunun Mərkəz ofisində baş tutub. Veysəloğlu Distribusiyanın təşkilatçılığı ilə keçirilən görüşdə “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” mövzusu ətrafında müzakirələr aparılıb. Tədbirin əsas məqsədi liderlik potensialına malik əməkdaşların inkişafına yönəlmiş strateji yanaşmanı təqdim etmək, gələcək liderlərin formalaşdırılmasına dəstək olmaq və davamlı liderlik ekosisteminin qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdırmaq olub.
Tədbirdə Veysəloğlu MMC-nin Baş direktoru Bəxtiyar Allahverdi, “Veysəloğlunun Böyümə Strategiyası” mövzusunda çıxış edərək şirkətin uzunmüddətli inkişaf hədəfləri, insan kapitalına verilən önəm və liderlik mədəniyyətinin təşkilati uğurdakı rolu barədə ətraflı məlumat verib.
Daha sonra keçirilən panel müzakirəsində İdarə Heyəti üzvləri iştirak edib, gələcəyin liderlik ekosisteminin qurulması ilə bağlı sualları cavablandırıb, öz təcrübə və baxışlarını bölüşüblər. Panel zamanı liderlik bacarıqlarının inkişafı, potensialın düzgün dəyərləndirilməsi, innovativ yanaşmalar və davamlı inkişaf mövzularına xüsusi diqqət yetirilib.
Tədbirdə ümumilikdə 80 nəfər əməkdaş iştirak edib. Görüş interaktiv müzakirələr və fəal iştirakla yadda qalıb, iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb.
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib
Həmçinin oxu
Azərbaycan banklarının ilk 6 ayı: Hansı bank liderdir?
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - FOTO
Bu gün
·
20:47
Bu bürcləri pul və karyera uğuru gözləyir
Bu gün
·
20:47
Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
Bu gün
·
20:09
Kiyevdən qayıtdıqdan cəmi bir gün sonra öldü - Lindsi Qremin ölümündə diqqətçəkən detallar
Bu gün
·
20:00
Musa Şəkiliyevin işində 13 ay bitdi - YENİ QƏRAR
Bu gün
·
19:45
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə
Bu gün
·
19:30
Azərbaycan banklarının ilk 6 ayı: Hansı bank liderdir?
Bu gün
·
19:30
Səhiyyə Nazirliyi texniki nasazlıqla bağlı məlumat yayıb
Bu gün
·
19:05
Bu yollarda tıxac var - SİYAHI
Bu gün
·
18:08
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Bu gün
·
17:35
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı
Bu gün
·
17:22
Cəmilə İsmayılzadəyə vəzifə verildi
Bu gün
·
17:12
Əli Əsədov Arnout Damen ilə görüşdü
Bu gün
·
17:02
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
Bu gün
·
16:50
Abşeron çimərliklərində hava necə olacaq?
Bu gün
·
16:34