Ötən ilin ilk 10 ayında Azərbaycan 981 minABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 639 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 323 ton (-11%), İrandan 292 min ABŞ dolları dəyərində (+20 %) 213 ton (+8 %), Türkiyədən 39,41 min ABŞ dolları dəyərində (+5 %) 4,23 ton (+11 %), Pakistandan 8,3 minABŞ dolları dəyərində 1,2 ton, Birləşmiş Ərəb Əmirliklərindən 2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,99 ton (+65 %) məhsul alıb.
Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Pakistandan tədarükü bərpa edib.