"Azərbaycanın multikultural dəyərləri dünyaya nümunədir".

Metbuat.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu fikirləri “Fərqliliyin Rəngi” festivalında çıxışı zamanı səsləndirib.

B.Muradova bildirib: “İnanıram ki, bu festival təkcə paytaxtda deyil, Azərbaycanın digər bölgələrində də keçiriləcək”.

O həmçinin qeyd edib ki, Azərbaycana müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlar dini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindən asılı olmayaraq bir dəyər ətrafında birləşiblər:

“Bu birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı. Dövlətimizin müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün xalqın iradəsi və həmrəyliyi əsasdır”.

Gülbəniz Hüseynli / Metbuat.az