Bakıda ana 5 uşağını sığınacağa göndərib.

Metbuat.az-ın məlumatına görə, “Səni axtarıram” verilişinə müraciət edən Samirə adlı qadın 5 uşağını sığınacağa yerləşdirmək istədiyini bildirib.

O, sosial yardım almadığını və uşaqları müvəqqəti olaraq sığınacağa göndərmək məcburiyyətində qaldığını deyib.

Qadının istəyi reallaşıb və uşaqlar sığınacağa yerləşdirilib.

Sevinc İbrahimzadə / Metbuat.az