Sumqayıtda çoxmərtəbəli binadakı mənzillərin birində yanğın baş verib.

Bu barədə Metbuat.az-a sakinlər məlumat veriblər.

Bildirilib ki, yanğın “Baxça şəhər” adlanan ərazidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Sevinc İbrahimzadə / Metbuat.az