Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü ilə ali təhsil ocağının 3 saylı tədris korpusunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində yaradılmış oxu zalının və kitab sərgisinin açılışı olub.
Metbuat.az xəbər verir ki, mərasimdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, müəllimlər və tələbələr iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq kitabın bilik mənbəyi kimi insan həyatında mühüm rol oynadığını vurğulayıb. Cəfər Cəfərov bu cür təşəbbüslərin tələbələr arasında kitab oxuma vərdişlərini daha da gücləndirəcəyini qeyd edib.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov dünya üzrə kitab oxuma statistikalarına toxunaraq, inkişaf etmiş ölkələrdə mütaliəyə xüsusi önəm verildiyini bildirib, kitab oxuma səviyyəsinin cəmiyyətin intellektual potensialını artırdığını və elmi-texniki inkişafın əsas təməllərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, sərgidə universitetin professor-müəllim heyətinin son illərdə nəşr etdirdiyi kitablar, müstəqillik dövrü, o cümlədən 44 günlük Vətən müharibəsindən bəhs edən materiallar, ADPU -nun dörvi-elmi nəşrləri nümayiş etdirilir. Kiitabxana isə yenidən bərpa olunaraq elmi və bədii nəşrlərlə zənginləşdirilib.
Tələbələrin ixtiyarına verilən oxu zalında onların sakit və rahat mühitdə kitab, dövri mətbuat və digər materialları oxuması üçün bütün şərait yaradılıb.
Pedaqoji Universitetində kitab sərgisinin açılışı olub
Həmçinin oxu
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Abşeron çimərliklərində hava necə olacaq?
Bu gün
·
16:34
Ağdərədə maşın aşdı - Ər-arvad öldü
Bu gün
·
16:15
Muzdla çalışan işçilərin sayı artıb
Bu gün
·
15:58
“Unibank” ikinci rübün maliyyə nəticələrini açıqladı
Bu gün
·
15:33
Azərbaycanın bibər idxalı artıb
Bu gün
·
15:28
İlham Əliyev və Slovakiya Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün
·
15:03
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bu gün
·
14:39
Dünya çempionatının loqosu təsdiqlənib
Bu gün
·
14:26
Prezidentlər Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış oldular
Bu gün
·
14:24
Masallıda yük maşını yandı - VİDEO
Bu gün
·
14:09
Azərbaycanda pensiya xərcləri artıb
Bu gün
·
13:47
Prezidentlərin Şuşa görüşündən video paylaşılıb
Bu gün
·
13:18
Temperatur yüksəlir - 40 dərəcə isti olacaq
Bu gün
·
13:09
Bu şəhərlərdə pensiyalar ödənildi - RƏSMİ
Bu gün
·
12:59
Hikmət Hacıyev D-8 rəhbərliyi ilə görüşdü
Bu gün
·
12:46