"Bu gün süni intellektsiz keçinmək mümkün deyil".

Bunu Metbuat.az-a açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov söyləyib.

O, "ChatGPT"dən mütəmadi istifadə etdiyini bildirib:

"Əsasən, elm və təhsil, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, dünyada baş vermiş və baş verməkdə olan hadisələrlə əlaqədar süni intellektdən məlumatlar alıram".

Sevinc İbrahimzadə / Metbuat.az