Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr Müəllimlər Günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib:

"Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm".