Bu ilin yanvar-avqust aylarında Azərbaycan 210,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilib.

Təkcə avqustda isə Azərbaycan 31,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.