Bu ilin yeddi ayı ərzində Azərbaycanın qeyri-neft sektorundan ixracı davamlı olaraq artmaqda davam edir. Azərbaycanın ən böyük ixrac bazarı hələ də Rusiya və Türkiyə olaraq qalır.

Metbuat.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında açıqladığı məlumata görə, cari ilin yeddi ayında qeyri-neft sektoruna aid mal ixracının dəyəri 716,6 milyon ABŞ dolları təşkil edib.

Ən çox məhsul ixrac olunan ilk beş ölkə aşağıdakılardır:

Rusiya: 716,6 milyon ABŞ dolları

Türkiyə: 339,7 milyon ABŞ dolları

İsveçrə: 186,6 milyon ABŞ dolları

Gürcüstan: 183,4 milyon ABŞ dolları

Ukrayna: 109,9 milyon ABŞ dolları