İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən yaşayış kompleksində 256 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edib.
Bu barədə Metbuat.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, mənzillərin yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 27 avqust saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7786 kirayə müqaviləsi bağlanılıb.