86468 abituriyent (subbakalavr) universitetlərə ixtisas seçimi üzrə ərizəsini təsdiq edib.
Metbuat.az xəbər verir ki, ən çox ərizə sayı 3-cü, ən az ərizə sayı isə 4-cü qrup qrup üzrə təsdiqlənib.
Qruplar üzrə ümumi statistika belədir:
Birinci qrup azərbaycan bölməsi üzrə 22210, rus bölməsi üzə 1710 nəfər olmaqla cəmi 23920 abituriyent;
İkinci qrup azərbaycan bölməsi üzrə 17684, rus bölməsi üzrə 1359 olmaqla cəmi 19043;
Üçüncü qrup azərbaycan bölməsi üzrə 22134, rus bölməsi üzrə 2284 olmaqla cəmi 24418;
Dördüncü qrup azərbaycan bölməsi üzrə 6320, rus bölməsi üzrə 647 olmaqla cəmi 6967;
Beşinci qrup azərbaycan bölməsi üzrə 14351, rus bölməsi üzrə 2167 olmaqla cəmi 16518 nəfər abituriyent ərizəsini təsdiq edib.
Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.