Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.

Metbuat.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.46 ABŞ dolları, yaxud 0.67% azalaraq 68.13 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.