Rusiya Xarici İşlər Nazirliyi "Bakının qeyri-dost hərəkətlərinə görə" Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə etiraz notası təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında açıqlama verilib.

“Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbərinə Bakıda saxlanılan rusiyalı jurnalistlərin dərhal azad olunması tələbi ilə şifahi etiraz notası təqdim olunub”, – deyə nazirlik bəyan edib.