Filippin sahillərində zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Məlumata görə, zəlzələ 5,8 bal gücündə qeydə alınıb.

    İtki və dağıntılar barədə məlumat yoxdur.