Xəbər verdiyimiz kimi, Qobustanda Turqut adlı azyaşlının cipsidən zəhərlənərək öldüyü iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Metbuat.az-a bildirildi ki, hazırda araşdırma aparılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Seyranə Quliyeva / Metbuat.az